Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub
06-06-2022 [19:05]
Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub.
Mia.az Azərbaycanın Pakistandakı səfirliyinə istinadla xəbər verir ki, mərkəz Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə yaradılıb.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Müasir Dillər Universitetinin (NUML) prorektoru Zubair İqbal çıxışında Azərbaycan və Pakistanın iki qardaş ölkə olduqlarını ifadə edib. O, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin iki ölkə arasında əlaqələrin bundan sonra da möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.
ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov çıxışında dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərindən danışıb və bu əlaqələrin strateji səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edib. Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə dövlət kimi tanımadığını qeyd edən professor bu illər ərzində, həmçinin 44 günlük Vətən müharibəsi zamanı qardaş Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulayıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü çatdırıb. N.Məmmədov Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dil və Mədəniyət Mərkəzinin açılmasının tarixi bir hadisə olduğunu bildirib və bunun iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə öz müsbət töhfəsini verəcəyini diqqətə çatdırıb. Ortaq elmi tədqiqat işlərinin aparılmasının önəminə toxunan professor urdu və Azərbaycan dillərində mövcud olan eyni sözlərin tədqiqatlarının aparılması üçün birgə komissiyanın yaradılmasınının vacibliyini vurğulayıb.
Milli Məclisinin deputatı, ADU-nun prorektoru Tamam Cəfərova Azərbaycan-Pakistan münasibətlərindən söz açaraq hər iki ölkənin bir-birini daima bütün platformalarda dəstəklədiyini bildirib. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə nəticələnmiş vətən müharibəsindən bəhs edən deputat qardaş Pakistan hökumətinin və Milli Assambleyasının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğulayıb və bu dəstəyə görə öz təşəkkürünü izhar edib. T.Cəfərova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb. ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin Pakistanın Müasir Dillər Universitetində fəaliyyətə başlamasının önəmindən bəhs edən prorektor bunun iki qardaş ölkə arasında körpü rolunu oynayaraq yüksələn xətlə inkişaf edən əlaqələrimizə öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov çıxışında Azərbaycan-Pakistan münasibətlərindən söhbət açaraq əlaqələrin daha da gücləndirilməsi üçün görülmüş işlərdən danışıb. Diplomat artıq Pakistanın 3 böyük şəhərindən - Karaçi, Lahor və İslamabaddan paytaxt Bakıya birbaşa uçuşlara start verildiyini bildirib, eləcə də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, bu Komissiyanın tərkibində yaradılmış 10-a yaxın işçi qrupları barədə məlumatları diqqətə çatdırıb. Səfir Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməni xüsusi vurğulayaraq bunun iki ölkə arasında qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib. Səfir mərkəzin iki ölkə arasında elmi, mədəni, humanitar sahələr üzrə münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynayacağını diqqətə çatdırıb.
Tədbirdən sonra Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub və qonaqlar mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Qətər Əmiri Türkiyəyə başsağlığı verib: "Hər cür dəstəyə hazırıq"
Bu gün Azərbaycanda Konstitusiya Gündür
Baş məşqçi Nigeriyada yoxa çıxan Osimheni lağa qoyub
"C130" şəhid olan 20 hərbçi: onlar kimdir? - FOTO
Kriştiano Ronaldo karyerasına nə vaxt son verəcək? - Özü açıqladı
Osimhen Nigeriyada yoxa çıxıb - "Qalatasaray" klubu axtarır, Afrika ölkəsi cavab vermir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI