XİN-dən bəyanat: "Azərbaycan UNESCO ilə əməkdaşlığa hər zaman sadiqdir"
03-06-2022 [10:07]
"Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 ili tamam olur. Ötən üç onillik ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib və ölkəmiz, iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrilib".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Bildirilib ki. 1994-cü ildə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası yaradılıb və növbəti illərdə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf etdirilib:
"UNESCO-nun məqsəd və prinsiplərinə sadiq qalaraq, təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini davam etdirən Azərbaycan bu gün UNESCO-nun ən fəal üzvlərindən biridir.
Ölkəmizin təşkilatla əməkdaşlığının inkişafında, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Məhz Birinci vitse-prezidentin diqqət və dəstəyi ilə təhsil, mədəni irsin qorunması, Azərbaycanda və dünyada tarixi abidələrin bərpa və mühafizə olunması, mədəniyyətlərarası dialoq və digər sahələrdə Azərbaycan tərəfindən UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfələr verilib. Bu illər ərzində Azərbaycanın 3 maddi irs və 15 qeyri-maddi irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib.
Aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2021-ci ilin noyabr ayında UNESCO Baş konfransının 41-ci sessiyası zamanı keçirilən seçkilərdə üzvlərin böyük əksəriyyətinin dəstəyini qazanmaqla 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilib.
Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ – UNESCO-nun Öyrənən Şəhərlər Şəbəkəsində, Bakı, Şəki və Lənkəran şəhərləri isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində yer almaqdadır.
Davamlı və dinamik iqtisadi inkişaf yolu keçən Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun nəcib missiyasını dəstəkləyir, UNESCO dəyərlərinin, eləcə də mədəniyyətlərarası dialoq və sülhün təşviqi ideyasının həyata keçirilməsi istiqamətində təşkilatla sıx əməkdaşlıq edir və donor dövlət kimi bir sıra birgə layihələr həyata keçirir. Ölkəmiz 2013-cü ildə UNESCO ilə imzalanmış Çərçivə sazişinə uyğun olaraq təsis edilmiş Etimad Fondu vasitəsilə Təşkilatın fəaliyyət istiqamətləri üzrə proqram və layihələrə öz dəstəyini göstərir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan COVID-19 Pandemiyasının təsirlərinin aradan qaldırılması məqsədilə UNESCO-nun təşəbbüsü ilə təsis edilən Qlobal Təhsil Koalisiyasına qoşulan və maliyyə töhfəsi verən ilk ölkələrdən biri olub.
Azərbaycan UNESCO ilə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyası çərçivəsində fəal əməkdaşlıq edir. 2015-2019-cu illərdə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin üzvü olmuş Azərbaycan, 2021-ci ildən yenidən həmin Komitənin üzvləri arasındadır.
30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb. Ölkəmizin əraziləri işğaldan azad edildikdən sonra bütün ölkə boyu olduğu kimi, bu ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpası və mühafizəsi Azərbaycan hökuməti üçün prioritet təşkil edən məsələlər sırasında yer alıb.
Azərbaycan multikultural ölkədir, ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur və bütün dinlərin nümayəndələrinə və mədəniyyətinə hörmətlə yanaşılır.
Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində öz təcrübəsi və iştirakı ilə həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Ölkəmiz, bundan sonra da UNESCO-nun dəyərlərinə sadiq qalmaqla Təşkilatın fəaliyyət istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam etdirəcəkdir".
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR