Palata sədri deputata belə cavab verdi: "Kino çəkilməsinə ayrılan pul yarı-yarıya kəsmək olar"

img

25-05-2022 [14:39]


“Büdcə Məcəlləsi ilə bağlı Maliyyə Nazirliyindən bizə məktub daxil olub”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, növbəti həftələrdə rəy verəcəklər: "Rüfət müəllim, kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsilməlidir. İndiki şəraitdə bu, bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”.

Xatırladaq ki, Deputat Rüfət Quliyev iclasda kino sahəsində vəsaitin artırılmasını istəyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR