XİN yeni məlumat yaydı
23-05-2022 [14:22]
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan Parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Mia.az-a verilən məluamta görə, görüşdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, habelə Türkiyə Gürcüstanın ölkəmizdəki səfirləri iştirak ediblər.
Nazir müavini Elnur Məmmədov, Azərbaycanın həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli əsasda mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən, habelə üçtərəfli formatda mövcud olan regional əməkdaşlıq formatından məmnunluqla bəhs edib. Ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb. Üç ölkə arasında yüksək səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, enerji, humanitar və s. sahələrdə əlaqələrin, habelə parlament ölçüsündə əməkdaşlığın dinamik inkişafı təqdir edilib.
Nazir müavini Elnur Məmmədov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, o cümlədən azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, eyni zamanda sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən görülən işlər, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşlər və onların nəticələri barədə məlumat təqdim edib.
Cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlərin təşkil edildiyi vurğulanıb.
Görüş zamanı üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəliyin aktual mövzuları, həmçinin Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Atatürkü təhqir edən dindar qandallandı - FOTO
Türkiyənin bu şəhərində 600-dək qəbr yeri qazıldı - Səbəb + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Klublar Birliyi bəyanat yaydı - "Mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də..."
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o..." - "Məqsədimiz müəllimin saat 6-ya qədər məktəbdə qalması deyil"
Sarayda dəhşətli ailə faciəsi: oğul anasına 11 bıçaq vurub
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub