ICESCO-nun Baş direktoru Şuşada: “Bura mədəniyyətin paytaxtıdır”

img

19-05-2022 [15:39]


“Postmünaqişə dövründə inkişaf üçün daha münbit şərait yaratmaq lazımdır. Biz uzunmüddətli inkişaf və sülhə nail olunmasına kömək etməliyik”.

Mia.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında deyib.

O bildirib ki, regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etmək lazımdır: "Şuşa mədəniyyət paytaxtı, dünyaca məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun vətənidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA