Putinin sözçüsü: "Kiyevin danışıqları davam etdirmək istəyi yoxdur”

img

18-05-2022 [17:21]


"Rusiya-Ukrayna danışıqlarında irəliləyiş yoxdur".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya-Ukrayna danışıqları irəli getmir. Kiyevin danışıqları davam etdirmək istəyi yoxdur”, - Kremlin sözçüsü vurğulayıb/APA.

Qeyd edək ki, Rusiya-Ukrayna danışıqları bir neçə raund əyani formatda əvvəl Belarusda, daha sonra İstanbulda keçirilib. Danışıqlar daha sonra onlayn formatda davam etdirilib.

MİA.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA