Rusiya MN: "Ukraynanın daha 2 hərbi təyyarəsi və 15 PUA-sı sıradan çıxarılıb"

img

18-05-2022 [12:50]


Son sutkada Ukraynanın 2 hərbi təyyarəsi və 15 PUA-sı sıradan çıxarılıb.

Mia.az Ria-Novosti-yə istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general  İqor Konaşenkov bu günkü brifinqdə açıqlayıb.

O bildirib ki, Ukraynaın  SU-25 qırıcısı Donetskin Tripilliya qəsəbəsində, MiQ-29 təyyarəsi isə Xarkovda vurulub: "Bununla yanaşı, Donetskin Semenovka, Velyka Kamışevaxa, Xarkov vilayətinin, Rudniçnı, Qrabskoe, Staromixaylovka, Xerson vilayətinin Belyaevka və Çernobaevka yaşayış məntəqələri ərazisində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı məhv edilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA