Azərbaycan və Litva prezidentləri görüşüb: "Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər..." - FOTOLAR (Yenilənir)
18-05-2022 [14:52]
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.
İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.
Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.
Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.
Litva Prezidenti Gitanas Nauseda deyib:
- Təşəkkür edirəm, cənab Prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər. Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir. Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.
***
Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Mia.az xəbər verir ki, Litva Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam və ölkəmizdə xoş vaxt keçirməyinizi arzu edirəm. Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq. Səfəriniz çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var. İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.
Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik. İki il bundan öncə bizim videokonfrans vasitəsilə görüşümüz oldu. Mən bu təşəbbüsə görə minnətdaram, bu, bizim ilk tanışlığımız idi. Bu gün isə Sizi qəbul etməyimdən məmnunam. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz və buradan xoş xatirələrlə ayrılacaqsınız. Bir daha xoş gəlmisiniz, səfərinizin xoş keçməyini arzu edirəm.
Litva Prezidenti Gitanas Nauseda deyib:
- Sağ olun, qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan vermək üçün çox yaxşı fürsətdir. Mən ümidvaram ki, biz bu potensialı müəyyənləşdirərək ondan istifadə edəcəyik. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq.
İkitərəfli münasibətlərimiz və iqtisadi əlaqələrimiz əhəmiyyətlidir və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik.
Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.
Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir.
****
Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Təkbətək müzakirələrdən sonra Prezident İlham Əliyevlə Litva Respublikasının Prezidenti Gitanas Nauseda arasında geniş tərkibdə görüş keçiririlib.
Daha sonra isə Prezident İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
Çempionlar Liqası: "Qalatasaray" darmadağın oldu (Yenilənib)
Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"
Rusiyanın şərqində güclü zəlzələ oldu - 7,8 bal gücündə
Ali Koç TFF-də: "Bura kəllə almağa gəlmədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo "Benfika" ilə anlaşdı, "Qarabağ"la oyundan söz açdı: ""Fənərbağça"ya getməyim xəta idi"
Ceyhun Bayramov Aİ komissarı ilə görüşdü - XİN-dən açıqlama
Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
YSK toplanır: CHP-nin qurultayı ilə bağlı hansı qərar veriləcək?
Tramp Londonda: "Çox sadə şəkildə deyirəm: neftin qiyməti düşərsə..." - "Putini Alyaskaya dəvətdən peşman deyiləm"
Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu
Bakıda onlayn qumar təşkil edənlər saxlanıldı - VİDEO
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz