Podolyak: ""Azovstal”ın müdafiəçiləri "300 spartalı döyüşçü" kimi tarixə düşəcək”

img

17-05-2022 [14:28]


“Mariupolun müdafiəsinin 83 günü "Azovstal”ın müdafiəçilərinin fədakarlığı tarixə XXI əsrin Fermopili (İran ordusuna qarşı döyüşən məşhur "300 spartalı döyüşçü"nün savaşı) kimi düşəcək”.

Mia.az xəbər verir ki, bu, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın son paylaşımında bildirilib.

Paylaşımda daha sonra deyilir: "“Azovstal”ın müdafiəçiləri Rusiyanın Ukraynanın şərqini ələ keçirmək üzrə əməliyyat planlarını pozdular, düşmənin nəhəng qüvvələrini əzdi və onların real döyüş qabiliyyətini bütün dünyaya sübut etdilər. Bu, müharibənin gedişini tamamilə dəyişib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA