Qazaxıstan Parlament Məclisi sədrinin müavini Azərbaycana gəlib

img

15-05-2022 [22:42]


Mayın 15-də Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Mia.az Milli Məclisə istinadla bildirir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstan parlament nümayəndə heyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputat Könül Nurullayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 19-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA