Azərbaycanda ayı rayon sakinini parçaladı

img

06-04-2014 [18:01]


Şamaxıda ayı Talışnuru kənd yolunda bir kişini parçalıyıb.

ANS PRESS-in məlumatına görə, Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədinin ayı hücumuna məruz qalması barəsində "Kanal S" telekanalı xəbər verib.


Sədinin sözlərinə görə, ayı onun qarşısna ani olaraq çıxıb və üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyyəsindən xəsarətlər alıb. Ayı onun boyun nahiyyəsini parçalayıb. Çətinliklə də olsa da o, ayının əlindən xilas ola bilib.

Yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırıblar. Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evələrinə qaydırmış. Sözü gedən ərazi isə sıx meşəlik olub.

Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki yaşanır. Ötən il isə rayonun Keşmədin kəndinə ayı hücum edib və 2 nəfəri yaralayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA