MAKRON EROTİK GÖRÜNTÜLƏRLƏ ŞANTAJ OLUNUB? - Rus politoloqun "Putin onunla görüşdən sonra iki həftə yoxa çıxdı, sonra isə..." - Zelenski sensasiyalı iddiaları dolayı qüvvətləndirdi
13-05-2022 [17:35]
“Rusiya xüsusi xidmət orqanları hər bir Fransa prezidentinə qarşı geniş kompromat toplamaqla məşğul olublar və bunlar həm erotik, həm də korrupsiya xarakteri daşıyıblar”.
Mia.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bunu məşhur politoloq və publisist Andrey Piontkovski mətbuata son açıqlamalarının birində söyləyib.
Piontkovski qeyd edib ki, eyni məsələ hazırkı Fransa Prezidenti Emmanuel Makrona da aiddir və bu gün rəsmi Parisin ikibaşlı siyasəti və açıqlamaları, Ukraynanın Avropa İttifaqına qəbuluna heç də ürəklə yanaşmaması, eləcə də işğala məruz qalan bu ölkəyə uzun müddət silah yardımı məsələsində “tərəddüd etməsi”, Putinlə tez-tez əlaqə yaradaraq, Rusiyanın vacibliyini qabartması və Rusiya istiqamətində digər müxtəlif reveranslar etməsi də bunun nəticəsidir.
Şəxsən Makrona qarşı kompromatlara gəlincə, Piontkovski bildirib ki, bu cür faktların mövcudluğu hələ Makron birinci müddətə Fransa Prezidenti seçildiyi ilk vaxtlarda üzə çıxmışdı: “Həmin kompromatların mövcudluğunun üzə çıxması tarixini gününə qədər dəqiq deyə bilərəm. Makron birinci prezidentliyi öncəki seçkini açıq anti-Putinq şüarları ilə udmuşdu. Onun seçilməsindən bir ay sonra Putinin Fransaya səfəri olmuşdu. Həmin vaxt Yelisey sarayının qarşısında keçirilən mətbuat konfransında Makron Putini belə demək mümkünsə, “əzib divara sürtdü”.
Putin zəif şəkildə etiraz etməyə çalışdı, hətta Simonyan da sual verərək, nəsə sübut etməyə çalışmışdı. Lakin bütün bunlara baxmayaraq, həmin vaxta qədər Qərb liderlərindən heç kim Putinlə belə danışmamışdı. Putin elə şoka düşmüşdü ki, qayıdandan sonra iki həftə heç bir tədbirdə görünmədi.
Ancaq cəmi bir aydan sonra Sankt-Peterburqda iqtisadi sammit keçirildi. Orada hamıda təəcüb doğuran tamamilə başqa bir Makron gördük – qorxaq, Putinin qarşısında “quyruğunu bulayan” bir Makron. Ona elə bir kompramat göstərmişdilər ki, nəticədə həmin vaxtdan Makron hər məsələdə Putinə xidmət göstərməyə başladı. Bunu Minsk razılaşmalarında da görmüşdük.
İndi də Makronun missiyası Ukraynanı Rusiya üçün sərfəli, Putin Rusiyasının sifətini saxlayacaq sülh şərtlərinə razılaşmağa məcbur etməkdir. Makron bununla məşğul olacaq...”
Qeyd edək ki, doğrudan da Ukraynada bütün baş verənlərə rəğmən, məhz Fransa və Almaniya Putin Rusiyasına qarşı sərt tədbirlər görülməsini ləngidən, Ukraynanın Avropa İttifaqına qəbulunu və ona hərtərəfli yardım göstərilməsini tormozlayan mövqedən çıxış etməkdədirlər.
Son çıxışlarının birində hətta Makron “Rusiyanı aşağılamaq olmaz”, - deyə bildirib.
O, həmçinin Rusiyanın müharibə bitdikdən sonra 1918-ci ildəki məğlubiyyətdən sonrakı Almaniyanın vəziyyətinə salınmasının, təcrid olunmasının əleyhinə olduğunu bildirib.
O da nəzərdən qaçmır ki, Putinlə ən çox telefonla danışan da məhz Makrondur. Baxmayaraq ki, müharibədən bir neçə gün əvvəkli Moskva səfərində Putin onu aşağılayıcı formada qəbul etmişdi və çox kobud danışaraq, hədə-qorxu gəlmişdi.
Son dəfə Makronla Putin arasında telefon danışığının mayın əvvəlində baş tutduğu məlumdur. Həmin danışıqdan sonra Makron Putinin Ukrayna məsələsilə bağlı danışıqlara açıq olduğunu bildirmişdi. Lakin indi Ukrayna mövcud şərtlər daxilində danışıqlara getmək istəmir. Ukraynada qanlı savaşı bir anlığa belə dayandırmayan Kremlin danışıqlarla bağlı məsələdə nə dərəcədə səmimi və sözünə əməl edən olduğunu isə yaxın tarix dəflərlə sübuta yetirib...
Xatırladaq ki, Putinin Qərb liderlərini onların şəxsi həyatına və fəaliyyətinə dair kompromatlarla şantaj etdiyinə dair iddialar hər zaman səsləndirilib. Təkcə Kremlin əlində sabiq ABŞ Prezidenti Donald Trampa qarşı kompramatların mövcudluğuna dair Qərb mətbuatında dərc edilən məlumatları xatırlamaq kifayətdir.
Eyni sözü bu gün Rusiyanı az qala “ikiəlli” dəstəkləyən, Avropa İttifaqının Ukraynaya dəstəklə bağlı bütün təşəbbüslərini əngəlləməyə çalışan Macarıstan Baş naziri Viktor Orban və digərləri barədə də demək olar. Ümumilikdə isə Putinin şəxsi keyfiyyətlərini və “kqbşnik” keçmişini nəzərə alsaq, kompromat şantajı barədə iddialar olduqca inandırıcı görünür...
Mia.az xəbər verir ki, politoloqun yuxarıda qeyd olunan sensasiyalı açıqalmasından sonra Ukrayna prezidenti zelenski bu iddianı dolayı təsdiqləyən iadələr işlədib.
UNİAN-nın məlumatına görə, italyalı jurnalistlərə müsahibəsində Zelenski bildirib ki, Fransa Prezidenti Emmanuel Makron onunla ilk görüşdə Rusiyaya suverenliklə bağlı güzəştlər təklif edib:
"Makron Putinlə görüşdə sonra ərək Ukrayna və Rusiya arasında vasitəçilik etmək istəyirdi. Makron Putinin simasını qorumaq üçün mənə Ukraynanın suverenliyi ilə bağlı müəyyən güzəştlər etməyi təklif etmişdi. Mən təbii ki, bu təklifi qətiyyətlə rədd etdim. Təbii ki, biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron əbəs yerə bunu edir. Hesab edirəm ki, onun Rusiyanın özü istəməyincə, heç nə axtarmayacağı ilə bağlı əla təcrübəsi var. O, vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi və bunu edə bilmədi. Özü də bizim tərəfimizdən yox, Rusiya tərəfdən məsələyə yanaşırdı. Makron yenə prezident oldu, mən onu dəstəklədim. Amma kənara addım atmaq olmaz, tarix bunu bağışlamır, sənin olanı geri qaytarmaq istəyirsənsə, ancaq irəli addımlamalısan”.
Mia.az
Çempionlar Liqası: "Qalatasaray" darmadağın oldu (Yenilənib)
Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"
Rusiyanın şərqində güclü zəlzələ oldu - 7,8 bal gücündə
Ali Koç TFF-də: "Bura kəllə almağa gəlmədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo "Benfika" ilə anlaşdı, "Qarabağ"la oyundan söz açdı: ""Fənərbağça"ya getməyim xəta idi"
Ceyhun Bayramov Aİ komissarı ilə görüşdü - XİN-dən açıqlama
Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
YSK toplanır: CHP-nin qurultayı ilə bağlı hansı qərar veriləcək?
Tramp Londonda: "Çox sadə şəkildə deyirəm: neftin qiyməti düşərsə..." - "Putini Alyaskaya dəvətdən peşman deyiləm"
Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu
Bakıda onlayn qumar təşkil edənlər saxlanıldı - VİDEO
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz