Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir
13-05-2022 [16:46]
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir.
Mia.az xəbər verir ki, festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıb.
Festivalın ikinci günündə ilk çıxışı azərbaycanlı bəstəkar Etibar Əsədlinin qrupu (Azorbaycan/Fransa) edib.
Bəstəkarın ifaları tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb.
Mirzə Ələsgər Növrəslinin nəticəsi Arslan Növrəsli festival təəsüratlarını bölüşüb: "Babamın yurduna gəlmişəm. Bu gün onun ruhu şaddır. Mən özüm ilk dəfədir Şuşada oluram. Burada "Dədə Qorqud" kinofilmindən Emin Sabitoğlunun "Yallı" əsərini və "Blues" muğamını ifa edəcəyik. Festivallar bizim üçün bayramdır. Dünya festivallarına gedirik, bu gün də öz doğma torpağımızdayıq. Festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Xoşbəxtəm ki, doğma Şuşadayam".
Azərbaycanlı pionist və bəstəkar Etibar Əsədli isə bildirib ki, "V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında iştirak etmək vacib və qürurvericidir: "Bu, Şuşaya ikinci səfərimdir. Birinci dəfə Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmişəm. Şuşa Qarabağın hər bölgəsi kimi bizim üçün əzizdir. İnanıram ki, biz tezliklə digər bölgələrdə də bu cür festivallar keçirəcəyik".
Xalq artisti Murad Adıgözəlzadə Şuşaya dördüncü dəfə səfər etdiyini qeyd edib: "Amma bu dəfə fərqli olaraq, çıxış etmirəm. Onu deyim ki, hər səfərimdə ayrı-ayrı hisslər keçirmişəm. Çox maraqlıdır ki, keçən ilin bu günü də burada idik və Bülbülün ev muzeyində çay içirdik. Bu təsadüf də ancaq Şuşada ola bilər".
Özbəkistan Xalq Rəqs Ansamlının bədii rəhbəri Ziyada Madriximova illər əvvəl Azərbaycana gəldiyinii bildirib: "O zaman burada köhnə kollektivlə idik. Bu dəfə isə artıq yeni kollektivlə Şuşadayıq. Şuşa bizi valeh etdi, həm də burada dağıdılmış gözəlliyə şahid olduq. Biz müharibəni də davamlı izləyirdik, qalibiyətinizə sevindik. Bu gün isə burada olmaq ayrıca xoşbəxtlikdir".
Xatırladaq ki, festival çərçivəsində həmçinin bir sıra şəxslər, qruplar, ansambılar -TRIGAIDA (Bolqarıstan), "Cəngi" Estrada Folklor Ansamblı (Azərbaycan), Əməkdar artist Qoçaq Əsgərov (xanəndə) və Arslan Növrəslinin (tar) etno-caz qrupu (Azərbaycan), "Colors of Pakistan" (Pakistan), "Baxor" Dövlət Ansamblı (Özbəkistan) çıxış edəcəklər.
Qeyd edək ki, festival sabah başa çatır.
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR