Ukraynanın 3 sabiq prezidenti "Azovstal"da mühasirədə qalanlarla bağlı dünyaya səsləndi: "Onları xilas edin" - Rəsmi Moskvadan maraqlı reaksiya
13-05-2022 [14:47]
Ukraynanın sabiq prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko ukraynalı hərbçilərin və bir qrup mülki şəxslərin mühasirrədə saxlandığı Mariupoldakı "Azovstal" zavodunda yaranan ağır vəziyyətlə bağlı dünya birliyinə müraciət ediblər.
Mia.az xəbər verir ki, bu barədə Viktor Yuşşenko "Facebook"dakı hesabında paylaşım edib.
Onlar dünya liderlərinə, o cümlədən Avropa İttifaqına üzv dövlətlərə, ABŞ, Kanada, Çin, Türkiyə və BMT-yə ünvanladıqları müraciətdə "Azovstal" zavodunun ərazisində mülki şəxs və hərbçilərin xilasına yardım istəyiblər: "Mariupol şəhəri indi öz cinayətlərinin izini gizlətməyə çalışan rus ordusu tərəfindən demək olar tamamilə dağıdılıb. Biz sizi qəhrəman ukraynalıların həyatını xilas etməyə qoşulmağa çağırırıq. On milyonlarla ukraynalı sizə ümidlə baxır və sivil dünyanın bütün xalqları uğurlu vasitəçiliyinizi minnətdarlıqla alqışlayacaqlar".
Rəsmi Moskvadan isə “Azovstal”da mühasirədə qalanlarla bağlı mövqeyi fərqlidir.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, onlar zavoddakı mülki şəxsləri buraxa bilərlər, ancaq hərbçilərlə bağlı hərbi qanunlara uyğun addımlar atılacaq: "Bilirsiniz ki, prezident Putinin mülki şəxslərin zavodun ərazisini tərk edərək, istədikləri istiqamətdə gedə bilmələri ilə bağlı əmri var. Hərbçilərə gəlincə, silahlarını yerə qoyaraq çıxanlara hərbi qanunlara uyğun olaraq müvafiq münasibət göstəriləcək, bütün yaralılara lazımi tibbi yardım göstəriləcək”.
Bu arada Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts telefonda Moskva və Kiyev arasındakı danışıqların gedişatını müzakirə ediblər.
TASS-ın verdiyi xəbərə görə, Rusiya lideri danışıqların prosesinin Ukrayna tərəfindən dondurulmasına diqqət çəkib.
Liderlər Ukraynadakı vəziyyətin humanitar aspektlərinə, o cümlədən “Azovstal”da təxliyə məsələsinə də toxunublar.
Rusiya prezidenti və Almaniya kansleri qaldırılan məsələlərin digər kanallar vasitəsilə davam etdirilməsi barədə razılığa gəliblər.
Mia.az
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib