“Rusiya Ukraynaya qarşı vəhşi müharibə aparır" - "Moskvanın Çinlə imzaladığı müqavilə bizi narahat edir"

img

12-05-2022 [12:58]


“Rusiya dünyadakı sabitliyə birbaşa təhdiddir”.

CNN xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin deyib.

“Rusiya bu gün Ukraynaya qarşı vəhşi müharibə aparır. Həm də Çinlə imzaladığı müqavilə bizi narahat edir. Həmçinin Rusiyanın çağırışları dünya nizamına təhdid yaradır”, - o, söyləyib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, müharibənin səbəbkarları əməllərinə görə cavab verməlidirlər/Report.

Xatırladaq ki, bəzi dövlətlərin mövqeyinə görə Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı hələlik razılığa gəlməyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA