Paşinyandan sərhədlə bağlı yeni mesaj: "Düzgün yoldayıq”

img

11-05-2022 [19:55]


"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın, eləcə də iki ölkə nümayəndələrinin sərhədin demarkasiyası və delimitasiyası məsələləri üzrə görüşü yaxın vaxtlarda baş tutacaq".

TASS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı deyib.

"Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz çox çətin yollardan keçmişik, amma bu gün məndə dərin əminlik var ki, düzgün yoldayıq”, - Paşinyan bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA