Ali məktəblərə qəbula start verildi - DİM-dən açıqlama
11-05-2022 [18:35]
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 11 - 27 mayda bu link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin, hər hansı 1-i üzrə qeydiyyatdan keçə bilər. O cümlədən, abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.
Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının) nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.
Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək istəyənlər 18-27 may tarixlərində http://eservices.dim.gov.az/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) üzrə birinci imtahandan “məqbul” qiymət aldıqları təqdirdə qeydiyyatdan keçə biləcəklər. Bu imtahanının nəticəsinin mayın 23-dək elan olunması nəzərdə tutulur. İmtahan nəticəsi “qeyri məqbul” olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun 2022-ci il tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanına yazıla bilərlər. Həmin imtahandan “məqbul” qiymət alanlar DİM tərəfindən elan olunacaq tarixlərdə QİK-lər üzrə qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat yalnız Azərbaycan dili imtahanından məqbul qiymət almış abituriyentlər üçün açılacaq.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara), 95 və 96-ci, 11 illik üzrə 4501,4502, 4504, 4505,4506,4507,4701,4702, 4704,4705,4706, 4102, 4106-cı komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.
Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Memarlıq və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat tarixləri haqqında məlumatı yaxın günlərdə əldə edə biləcəklər.
https://dim.gov.az/upload/iblock/ec3/ec3e17db55cd69b8e381675c84aec6da.pdf
Türkiyədə zəlzələ olub - 3.8 bal gücündə
Çempionlar Liqası: "Qalatasaray" darmadağın oldu (Yenilənib)
Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"
Rusiyanın şərqində güclü zəlzələ oldu - 7,8 bal gücündə
Ali Koç TFF-də: "Bura kəllə almağa gəlmədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo "Benfika" ilə anlaşdı, "Qarabağ"la oyundan söz açdı: ""Fənərbağça"ya getməyim xəta idi"
Ceyhun Bayramov Aİ komissarı ilə görüşdü - XİN-dən açıqlama
Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
YSK toplanır: CHP-nin qurultayı ilə bağlı hansı qərar veriləcək?
Tramp Londonda: "Çox sadə şəkildə deyirəm: neftin qiyməti düşərsə..." - "Putini Alyaskaya dəvətdən peşman deyiləm"
Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu
Bakıda onlayn qumar təşkil edənlər saxlanıldı - VİDEO
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb