Nazir əmr imzaladı - Bu həkimlər imtahan verəcək

img

11-05-2022 [15:50]


Səhiyyə naziri Teymur Musayev “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması" barədə əmr imzalayıb.

Mia.az xəbər verir ki, əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Bir ay müddətində imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq. İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək.

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA