Azərbaycan ordusunun silah və hərbi texnikası yay rejiminə keçirilir - VİDEO

img

11-05-2022 [13:30]


2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA