Hökumət daşınmaz əmlakın reyestri ilə bağlı qərar verdi - Dəyişiklik

img

10-05-2022 [18:57]


“Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Mia xəbər verir ki, Baş nazir Əli Əsədovun yeni qərarına əsasən, “fiziki şəxslərin torpaq və əmlak vergisinin” sözləri Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisinin və həmin Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisinin” sözləri ilə əvəz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA