Hasil Tağıyev: "Elə bilirdim ki, nazirlik və şəxsən nazir məni müdafiə edəcək, ancaq..." - Müsahibə
09-05-2022 [13:35]
Qayıdış İctimai Birliyinin sədri, kulturoloq Hasil Tağıyevlə 60 illik yubileyi ərəfəsində görüşdük.
Əvvəlcə onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, daha sonra söhbətləşdik:
- Eşitdik səhhətinizdə bir az ağrı-acı olub. İndi necəsiniz, özünüzü necə hiss edirsiniz?
̶ Hə, bir az problem oldu. Şükür, indi yaxşıyam, özümü yaxşı hiss edirəm.
- Bir kulturoloq, bir nüfuzlu mədəniyyət işçisi kimi istərdik yubileyiniz günlərində həyat yolunuza nəzər yetirib, arxada qalan günlərə işıq tutasınız.
- Təşəkkür edirəm. Məmnuniyyətlə. Kənd klubunun müdiri, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri (o vaxt belə adlanırdı), Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzində sektor müdiri vəzifələrində işləmişəm. Əgər Azərbaycan mədəniyyətinə az da olsa, töhfə verə bilmişəmsə, nə xoş mənə!
Hazırda Bakı şəhərində yaşayıram, Qayıdış İctimai Birliyinin sədriyəm. Qarabağ zəfərində şəhidlik zirvəsinə yüksələn Vətən aşiqləri barədə sənədli filmlər çəkirik. Onların həyat və döyüş yolu, gənc nəslə çatdırılması istiqamətində xeyli uğurlu işlərimiz var. Düşünürəm ki, torpaqlarımızın işğaldan azad olunmasında, bu tarixi və böyük qələbədə Azərbaycan mədəniyyətinin və çoxsaylı mədəniyyət işçilərinin də əməyi böyükdür. Biz hər zaman mübariz iradəli Ali Baş Komandanımız İlham Əliyevin daxili və xariçi siyasətini bəyənərək, ona sədaqətimizi əməli fəaliyyətimizdə göstəririk.
- Hasil müəllim, İmişlidə müəyyən hadisələr oldu. Sabiq icra başçısı Vilyam Hacıyev dövründə Siz böyük bir idarəyə rəhbərlik edirdiniz. Onun idarəetməsindən Siz də əziyyət çəkdinizmi? Fikirləriniz maraqlı olar.
- Vilyam Hacıyev İmişliyə icra başçısı təyinatı alanda, mən Mədəniyyət və Turizm Şöbəsinin (o vaxt belə adlanırdı) müdiri idim. Onunla 9 ay işlədim. Aidiyyatı olmayan, iş sferamdan kənar tapşırıqlar verirdi. Tanıyanlar bilir ki, o vaxt səhhətimdə ciddi problemlər yaranmışdı. Xəstəliklə baş-başa qaldığım bir zaman Vilyam "Qılınc"ını üstümə çəkdi. Elə bilirdim ki, uzun illər məni rəhbər vəzifələrdə işlədən, iş qabiliyyətimə bələd olan nazirlik və şəxsən nazir Əbülfəs Qarayev məni müdafiə edəcək. Yaxud, kimlərsə Vilyama xəstəliyimi, vicdanlı, işgüzar və ixtisaslı kadr olduğumu deyəcəklər. Ancaq belə olmadı. Mən onun "Qılınc"ı ilə oynamağa taqətsiz olduğumdan ərizə verib işdən çıxdım və Bakı şəhərində əməliyyata getdim. Dalbadal keçirdiyim əməliyyatlardan çox, mənə Vilyam Hacıyevin hərəkətləri və hər zaman fəaliyyətimi nümunə göstərən nazirliyin mövqeyi zərbə oldu.
- Övladlarınız, onların peşə yolu barədə bilmək istərdik.
̶ İki qızım var: Həmidə və Şəkər. Hər ikisi univeristet təhsilindən sonra işləyirlər. Həmidə ailəlidir, bir övladı var. Anamın adını daşıyan Şəkər xanım isə nişanlıdır, iyun ayında toyu olacaq.
- Başqa nə demək istərdiniz?
̶ İmişlidə doğulmuşam. Əzizlərim hamısı orada yaşayır. Ata-anamın qəbri o torpaqdadır. O torpağa, o torpağın insanlarına sevgim sonsuzdur. Hər dəfə İmişliyə gedəndə, doğma insanlarla birgə olanda qəlbim, ruhum təzələnir, sevincimin həddi-hüdudu olmur.
Asim Hüseynli
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR