QHT-lərə Dövlət Dəstəyi Agentliyində nöqsanlar üzə çıxıb: "Layihələrdə iştirakçı sayı şişirdilir"

img

04-05-2022 [13:39]


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində aparılan auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir.

Mia.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, beynəlxalq tədbirlərdə də belə hallar var: “Xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirli cümlə ilə rəsmiləşir. Ümumiyyətlə tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır. Vəsaitlərin istifadəsini təsdiq edən sənədlərin, o cümlədən, foto, video şəkillərin olması tələbi Agentliyin hesabatlıqla bağlı inzibatçılığı müəyyən edilir. Bu da səbəbsiz deyil, qrant vəsaitinin, xüsusilə, dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etmək mütləqdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA