"Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin” adlı seminar keçirilib - FOTOLAR
01-05-2022 [18:21]
Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində erkən nikah hallarının qarşısının alınması sahəsində silsilə maarifləndirmə tədbirləri keçirilir.
Mia.az xəbər verir ki, aprelin 29-da şəhərin Hacıqəhərmanlı qəsəbəsində yerləşən 12 nömrəli məktəbin akt zalında Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin” adlı seminar keçirilib.
Seminarda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun İcra Hakimiyyəti, Bələdiyyə, Təhsil, Səhiyyə və Polis şöbələrinin nümayəndələrindən ibarət üzvləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri, valideynlər iştirak edib.
Seminarı giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Aynur Fərzəliyeva dünyada olduğu kimi ölkəmizdə də ekən nikahın fəsadlarına və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu, buna görə də ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi bazanın yaradıldığını bildirib.
Şəhər ərazisində məişət zorakılığı hallarının aşkar edilməsi, zorakılıq qurbanlarına hüquqi və mənəvi dəstək göstərilməsi, zorakılıq törədən şəxslərlə maarifləndirici söhbətlərin aparılması, lazım gələrsə məsuliyyətə cəlb edilməsi, erkən nikahların və qanunsuz kəbinlərin qəti şəkildə qarşısının alınması, qızların təhsil alması, reproduktiv sağlamlığa nəzarət olunması və digər məsələlərlə bağlı monitorinq qrupunun qısa zamanda gördüyü işlərdən danışıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi Samirə İsmayılova 15 noyabr 2011-ci ildə Milli Məclisin qərarı ilə Ailə və Cinayət məcəllələrinə dəyişiklik etməklə qızların nikah yaşı həddinin bir il artırılaraq 17-dən 18 yaşa çatdırıldığını, Ailə məcəlləsinin 10.2 bəndinə görə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bildiyini diqqətə çatdırıb.
Yalnız Qeydiyyat şöbələrində bağlanılan nikahların hüquqi əhəmiyyət daşıdığını, 8 iyul 1944-ci ilə qədər bağlanan nikahlar istisna olmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5 maddəsinə görə kəbininin (dini nikah) hüquqi əhəmiyyətə malik olmadığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nikah olmadan dini kəbinin kəsilməsini qadağan etməsi barədə qərarını xatırladıb. Qanunsuz nikahla ailə quran qızların ailə mübahisələrində Ailə, Mülki məcəllələrin qanuni nikah üçün verdiyi hüquqlardan istifadə edə bilmədiyni vurğulayıb. Seminar iştirakçılarını erkən nikahla bağlı özlərinin və yaxınlarının müdafiəsinə, hətta şahidi olduqları halların aşkara çıxarılmasına və aidiyyəti qurumların iştirakı ilə qarşısının alınmasına biganə qalmamağa çağırıb.
Təhsil şöbəsinin müdiri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Rövşən Allahverdiyev erkən nikahın qarşısının alınması sahəsində təhsilin rolundan bəhs edərək şagirdlərin bu sahədə maarifləndirilməsini təmin etmək məqsədilə ümumtəhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdləri arasında vaxtaşırı disbutlar, dəyirmi masalar və fərdi söhbətlər aparıldığını diqqətə çatdırıb. Şirvan şəhərində qızların təhsildə və xüsusilə ali məktəblərə qəbul sayına görə üstün olduğunu, Hacıqəhrəmanlı qəsəbəsi də ötən illərə nəzərən qızların təhsil almasında xeyli irəliləyiş əldə etdiyini, hətta qəsəbə məktəbinin son dövrlərdə şəhər məktəbləri ilə yarışdığını söyləyib.
Şəhər Mərəkəzi Xəstəxanasının publik Hüquqi Şəxsinin mama-ginekoloqu Sevinc Alışova erkən nikahın fəsadları və reproduktiv sağlamlıq haqqında danışıb. Cinsi cəhətdən yetkin olmamaları və vaxtsız hamiləliyin azyaşlı qızların sağlamlığını böyük risk altında qoyduğunu, onların hamiləlik vaxtı həkimə çox vaxt müraciət etmədiyini, erkən yaşda hamiləlikdən doğulan uşaqların da sağlamlığında ciddi problemlər yarandığını vurğulayıb. Yeniyetmələrdə səbirsizlik, dözümsüzlük daha çox olduğundan, ailədə istənilən problemin ağırlığı altında depressiyalara, bəzən hətta ağır psixi pozuntulara məruz qaldıqlarını qeyd edib.
Hacıqəhərmanlı bələdiyyəsinin sədri Samirə Abışova Hacıqəhrəmanlı qəsəbəsində erkən nikah və qanunsuz kəbinlə bağlı mövcud vəziyyətdən bəhs edib. Bu sahədə hazırda çox ciddi faktlar olmasa da profilaktik tədbirlərin aparıldığını bildirib.
Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Abbas Rəcəbli Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddələri barədə məlumat verib. Qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib.
Sonra monitorinq qrupunun üzvləri seminarda iştirak edən şagird və valideynləri maraqlandıaran sualları cavablandırıblar. El ağsaqqalı Hacı Nəriman Şahbazov seminarın qəsəbə sakinlərinin erkən nikah, qanunsuz kəbin və qohumlar arasında nikaha qarşı maariflənməsinə töhfə verəcəyini bildirib. Şəhər və qəsəbə sakinlərinin sosial rifah halının yüksəlməsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi