Laçında minaya düşən fəhlə vəfat etdi - Açıqlama (Yenilənib)

img

30-04-2022 [11:20]


Laçında fəhlə - 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsləri ilə cinayət işi açılıb, istintaqı aparılır.

***

Dünən Laçın rayonunun Səfiyan kəndində minaya düşən fəhlə vəfat edib.

Məlumata görə, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə Laçın rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA