Xarkova yaxın qəsəbə və daha bir kənd rus hərbçilərindən azad olundu

img

29-04-2022 [19:50]


Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini Rusiya hərbçilərindən azad edib.

UNIAN xəbər verir ki, hazırda kənd Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.

Məlumata görə, bu strateji yaşayış məntəqəsi Xarkov-Belqorod avtomobil yolunda yerləşir.

Vurğulanıb ki, işğal zamanı məhz bu şəhər kənarından Rusiya hərbçiləri Xarkovun mülki infrastrukturunu və yaşayış məntəqələrini atəşə tutub/Report.

Bununla yanaşı, Ukrayna hərbçiləri Xarkov şəhərinin 6 km-də yerləşən Momotovo qəsəbəsini də azad ediblər

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA