Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr aparıb

img

28-04-2022 [17:42]


Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA