Rusiya ötən gün Ukraynanın daha 408 hərbi obyektinə zərbə endirib: "Daha bir Su-24 təyyarəsi vurulub"

img

28-04-2022 [12:43]


"Lukanskdə Ukraynaya məxsus Su-24 təyyarəsi və Xarkov vilayətində İzyum səmasında “Toçka-U” raketini vurulub".

Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general  İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib ki, ötən gecə ümumilikdə Ukraynanın 408 hərbi obyekti sıradan çıxarılıb: "Nəticədə 18 komanda məntəqəsi, canlı qüvvənin və hərbi texnikanın cəmləşdiyi 383 ərazi vurulub.

Bununla da əməliyyatı başlayandan indiyədək Ukrayna tərəfinin 142 təyyarə, 111 helikopter, 614 pilotsuz uçuş aparatı, 276 zenit-raket kompleksi, 2623 tank və digər zirehli döyüş texnikası, 299 reaktiv yaylım atəşi sistemi, 1146 səhra artilleriya qurğusu və minaatan , o cümlədən 2431 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA