Rəsmi Kiyevdən sensasiyalı bəyanat: "Moldova bizə müraciət edərsə, Dnestryanı bölgəni nəzarətə götürə bilərik”

img

27-04-2022 [14:04]


Ukrayna Prezident Ofisi Moldovanın Dnestryanı bölgəsində baş verən hadisələrə münasibət bildirib.

“RBK Ukraina” xəbər verir ki, bu barədə Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin efirində danışıb.

“Moldova bizim ən yaxın qonşumuzdur. Biz onun taleyinə biganə qala bilmərik. Biz həmişə Moldova xalqının yanında olmuşuq. Dnestryanı Moldovanın suveren ərazidir. Bizə müraciət edərlərsə, həmin ərazini nəzarətə götürə bilərik”, - o, bildirib/Report.

Xatırladaq ki, daha əvvəl Dnestryanıdakı rus qoşunlarının partlayış və mərmilərlə bağlı insidentlərdən sonra döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilmişdi. Kiyev hesab edir ki, Moskva bu cür təxribatlarla həmin regiondan Ukraynaya qarşı müharibədə istifadə etmək istəyir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA