Azərbaycanla Rusiya arasında yeni sənədlər imzalanıb

img

26-04-2022 [15:39]


Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.

Mia.az xəbər verir ki, sənədləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk imzalayıb.

Azərbaycanla Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolu, iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Mərasimdə çıxşş edən Şahin Mustafayev onu da deyib ki, Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri xidməti üzrə mərkəzin tikintisi başa çatıb: "Mərkəz bu ilin üçüncü rübündə tam fəaliyyətə başlayacaq"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA