Prezident ÜST-nin Avropa üzrə regional direktorunu qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
26-04-2022 [14:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Mia.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu vurğuladı. Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi, ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu dedi.
Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.
Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib.
Prezident İlham Əliyev dedi ki, Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş etdi.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru kimi Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Hans Henri Kluge səfərinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrə təsadüf etməsi baxımından önəmini vurğuladı. Hans Henri Kluge dedi: “Mən Sizin beynəlxalq diplomatiyada qlobal liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox mühüm fəaliyyətiniz olduqca önəmlidir. Çünki məhz Sizin şəxsi liderliyiniz sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib və bu məsələ BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatının - Qoşulmama Hərəkatının gündəliyinin əsas məsələsi olub”.
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin bir il uzadılmasını dövlətimizin başçısına olan etimadın göstəricisi kimi dəyərləndirdi və bu münasibətlə də təbriklərini çatdırdı.
Hans Henri Kluge Azərbaycanla əməkdaşlığın çox uğurlu olduğunu vurğuladı və rəhbərlik etdiyi təşkilatın bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi istiqamətində səylər göstərəcəyini bildirdi. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünə toxunaraq, məhz Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində həmin Sammit zamanı ÜST-ün rolunun yüksək qiymətləndirildiyini dedi, eyni zamanda, humanitar və tibbi ehtiyaclar üzrə informasiya bazasının yaradılmasına və ÜST vasitəsilə Qoşulmama Hərəkatının COVID-dən ən çox əziyyət çəkmiş 10 ölkəsinə Azərbaycanın 10 milyon dollar məbləğində vəsait yönəltdiyinə görə minnətdarlığını bildirdi.
Qonaq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasını, Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində, həmçinin BMT Baş Assambleyasında vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olduğunu, Azərbaycanın Türk Şurası çərçivəsində Zirvə toplantısının gündəliyinə də COVID-ə qarşı mübarizə məsələsini daxil etdiyini vurğuladı.
Hans Henri Kluge Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlərin də çox təqdirəlayiq olduğunu bildirdi, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd etdi. O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirdi.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu dedi. Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirdi ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.
Hans Henri Kluge qeyd etdi ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır. Vurğuladı ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək