Blinken Zelenski ilə 3 saatlıq görüşdən sonra: "Qələbəni görənədək Ukraynaya dəstək verəcəyik" - "Putinin siyasi ömrü..."
25-04-2022 [14:01]
ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin aprelin 24-ü Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Aleksey Reznikov, daxili işlər naziri Denis Monastriyski ilə görüşüb, üç saatadək müzakirə aparıblar.
CNN kanalı xəbər verir ki, Amerikanın dövlət katibi və müdafiə naziri görüşün yekunları haqda mediaya Kiyevi tərk edəndən sonra, Polşanın Ukrayna sərhədinə yaxın ərazisində danışıblar.
Entoni Blinken jurnalistlərə deyib ki, onlar Kiyevə Polşanın cənub-qərbindən qatarla gediblər. Paytaxta düşən kimi Prezident sarayına yollanıb müzakirəyə başlayıblar. Ona görə sadə ukraynalılarla geniş ünsiyyət qurmaq, Kiyevi ətraflı müşahidə etmək imkanları olmayıb: “Biz, əlbəttə, Kiyevin küçələrində adamları gördük və bu, Kiyev uğrunda döyüşün qələbə ilə başa çatdığına dəlalət edir”.
Blinken qeyd edib ki, ilk baxışdan Kiyevin bir çox yerində həyat normal axarda görünür: “Amma bu vəziyyət ölkənin digər yerləri, cənub və şərqi ilə müqayisədə tam ziddiyyət təşkil edir. Həmin yerlərdə Rusiya hər gün insanlara qarşı dəhşətli əməllər törədir”.
Rusiyanın Ukraynada uduzmaqda, Ukraynanın isə əksinə – uğur qazanmaqda olduğunu bildirən Entoni Blinkenin sözlərinə görə, Kremlin hədəfi Ukraynanı suverenlik hüququndan, müstəqillikdən məhrum etmək idi: “Ancaq Rusiya məqsədinə çata bilmədi. O, ordusunun qüdrətini və iqtisadiyyatının gücünü sübut etməyə çalışırdı. Biz isə bunun əksini görürük”.
Ukraynada müharibənin sonrakı gedişinin necə olacağı haqda proqnoz verməyə çətinlik çəkən dövlət katibi vurğulayıb: “Bizim bildiyimiz odur ki, suveren, müstəqil Ukraynanın ömrü Rusiya prezidenti Vladimir Putinin siyasi ömründən uzun olacaq. Və biz Ukraynaya dəstəyimizi yekun qələbəni görənəcən davam etdirəcəyik”.
Entoni Blinken yaxın günlərdə amerikalı diplomatların Ukraynaya qayıdacaqlarını və bir neçə həftəyə ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edəcəklərini də söyləyib.
Xatırladaq ki, 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır/Novator.
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək