Mişel Putinlə danışdı: "Bizim birliyimiz, prinsiplərimiz, dəyərlərimiz bölünməzdir”

img

22-04-2022 [15:39]


Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefonda danışıb.

Mia.az xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkədəki hesabında pylaşım edib:

“Bu gün Prezident Putinlə telefon danışığı apardım. Pasxa bayramı münasibətilə Mariupol və digər mühasirəyə alınmış şəhərlərə təcili humanitar yardım və bu şəhərlərdən təhlükəsiz çıxış üçün ciddi çağırış etdim. Aİ-nin mövqeyini qəti şəkildə bir daha bəyan etdim: Ukrayna və onun suverenliyinə dəstək, Rusiyanın təcavüzünü pisləmək və ona qarşı sanksiyalar. Bizim birliyimiz, prinsiplərimiz, dəyərlərimiz bölünməzdir”.

Rusiya mətbuatının yaydığı məlumata görə, tərəflər Ukraynadakı savaşla yanaşı, Azərbaycan-Ermənistan arasında gedın danışıqları da müzakirə ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA