Müdafiə naziri: "Putin dayanmayacaq, savaş hər an digər ölkələrə də keçə bilər"

img

22-04-2022 [14:55]


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov beynəlxalq ictimaiyyətə müraciət edib.

UNIAN xəbər verir ki, o, dünya ölkələrindən ağır silahlar istəyib.

“Biz ağır silahlarla təmin olunsaq, ərazilərimizi azad edə və rusiyalı hərbçiləri ölkəmizdən çıxara bilərik. Bilirəm ki, bu silahları müxtəlif ölkələrdən ala bilərik. Bunları bizə versələr, şərə müqavimət göstərdiklərini nümayiş etdirəcəklər”, - o, bildirib.

Nazir deyib ki, eyni zamanda Rusiyanın neft və qazına, həmçinin bank sisteminə sanksiyalar tətbiq olunnmalıdır: “Əks halda müharibə uzanacaq. Savaş hər an digər ölkələrə də keçə bilər. Çünki Vladimir Putin Ukraynada dayanmayacaq”/Report.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi dəstək paketini təsdiqləyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA