Mariupolda daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb - FOTOLAR

img

22-04-2022 [12:45]


Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.

Mia.az xəbər verir ki, bu barədə Report-un Şərqi Avropa bürosuna Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib.

Onun sözlərinə görə, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır: "Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub".

A.Həmidova bildirib ki, Azərbaycan vətəndaşı, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA