SİYASİLƏR ARASINDA HEÇ ZAMAN HƏMRƏYLİK OLMAYIB!
22-04-2022 [11:13]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
Siyasi qüvvələr arasında heç zaman həmrəylik olmayıb. Yalnız reklam və təbliğat məqsədiylə atılan addımlar olub. Siyasi liderlər üzlərinə mehriban ifadə verib uşaqlarla şəkil çəkdirirlər.
Hətta imkan olduqda onları qucaqlarına alıb, başlarını sığallayıb, xoş sözlər deyirlər. Ancaq imkan düşən kimi elə həmin uşaqların yaşadığı ölkəyə hücum edirlər, başlarına bomba tökürlər, evləri raketlə vururlar. Nəzərə almırlar ki, bu qan-qırğın yaratdığı yerlərdə həmin uşaqlar yaralanır və yaxud da ölür. Ən azından başını sığalladığığı o uşaqlar yetim qalır. Ən yaxşı halda isə qaçqın düşüb, min bir məşəqqətlə elə uşaq vaxtından rastlaşmalı olurlar. Belə uşaq sevgisi, belə dostluq, belə həmrəylİk olurmu?
Bu gün Rusiyanın Ukraynaya öz ambisiyaları üçün etdiyi hücum hansı həmrəyliyə uyğun gəlir? Təsəvvür edin ki, hər iki ölkə xaçpərəst ölkəsidir, hər iki ölkə xristian cərəyanlarından olan provaslavdır. Katoloiklərlə provaslavlar arasında kəskin ziddiyyət, hətta tarixi düşmənçilik olduğunu bilirik, ancaq provaslavın bu şəkildə müharibə edəcəyini zənn etməzdik. Dildə dini, insanlığı, bərabərliyi, həmrəyliyi şüar edən Rusiya öz provaslav qardaşına bunu edirsə, demək deyilənlər ancaq yalandan ibarətdir. Heç olmasa pasxa günlərində müharibəyə müvəqqəti də olsa, fasilə verməyən zalımlar bir daha göstərir ki, din dövlətdə yalnız siyasi məqsədləri həyata keçirmək üçün vasitədir. Nə inanc deyil, nə din deyil, ancaq ticarətdir. Din tacirliyi edənlər təəssüf ki, milyonlarla kütlələri din yürütdüyünə, inanc daşıdığına, həmrəylik nağıllarına inandırırlar. Halbuki siyasilər arasında heç zaman həmrəylik olmur, yalnız mənfəət və ticarət olur. Bu mənfəət və ticarət uyğun gəlirsə, həmrəy ola bilirlər, uyğun gəlmirsə düşmən olurlar. Hətta qardaş olsalar belə bu heç nəyi dəyişmir. Rusiya-Ukrayna müharibəsindən çıxaracağımız bir dərs də budur.
Elə bu əbəbdən də heç zaman siyasi liderlərin nağıllarına inanmaq doğru deyil. Rusiyanın Ukraynaya hücumunun arxasında çox səbəb durur. İnşəllah bu müharibədə Rusiya məğlub olacaq. Ancaq bu müharibədən yalnız Rusiya ilə bağlı deyil, bütün dünya liderləri ilə bağlı qənaət çıxarmaq lazımdır. Siyasəti yalan üzərində quranlar dünyanı bu gün bu vəziyyətə gətirib çıxarıblar.
“Yalanın ömrü az olar”- deyiblər. Həmrəylik haqqında yalanların ömrünün az olduğu elə bu müharibədə də bir daha üzə çıxdı.
Mia.az
ABŞ PREZİDENTİ ŞƏXSİNƏ SUİ-QƏSD EHTİMALINDAN DANIŞDI: "Belə bir hal olarsa, İranı xəritədən siləcəyik"
ABŞ daha bir neft tankerinə "əl qoydu"
Baş nazirin qatilinə ömürlük həbs cəzası kəsildi
Bakıda daha bir nəfər dəm qazından ölüb
Ağsuda zəlzələ olub
Tramp Türkiyəni Qəzza Sülh Şurasına dəvət edib: "Ərdoğanla çox məhsuldar telefon danışığımız oldu"
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU
İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi"ndə: "Sizin liderliyinizdən ilham alırıq və..."
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya