Rusiya Luqanskinin böyük hissəsini ələ keçirib

img

20-04-2022 [23:17]


Luqanskinin 80 %-i Rusiyanın nəzarəti altındadır.

Bu barədə CNN-ə Luqansk Regional Hərbi Administrasiyasının başçısı Sergey Qayday bildirib.

“Rusiya, sözsüz ki, bununla da dayanmayacaq və irəliləməyə davam edəcək. Rusiya qoşunları ciddi şəkildə dağınıq vəziyyətdədir”, - S.Qayday vurğulayıb.

Onun sözlərinə görə, Luqansk vilayətinin bütün ərazisi atəşə tutulur: “Təhlükəsiz şəhər yoxdur. Biz başa düşürük ki, Rusiya irəliləyir və yolunda olan hər şeyi məhv etməyə hazırlaşır. Ona görə də mümkün qədər hamını təxliyə etməyə çalışırıq”.

S.Qayday döyüşlərin şiddətləndiyi bir vaxtda dinc sakinləri Ukraynanın şərqini tərk etməyə çağırıb. O əlavə edib ki, bölgədə müharibədən əvvəl yaşamış 350 min nəfərdən bu gün 70 minə yaxını qalıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA