SABİQ NAZİRLƏRİN NƏVƏSİ ÜÇÜN YIĞILAN XÜSUSİ MAŞIN... -  "Sizin işiniz-gücünüz yoxdur?" (VİDEO)

img

20-04-2022 [13:57]


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.

E. Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.

Qeyd edək ki, E. Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

A. Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir. 

***

Məsələ ilə bağlı “Qaynarinfo”ya açıqlama verən Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb: “Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla”.

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA