KƏŞFİYYATDAN SENSASİYALI ƏMƏLİYYAT: "Luqansk"inin "DİN rəhbəri" həbs edilib, "Mişa Çeçen" isə öldürülüb

img

20-04-2022 [12:47]


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri”, “general mayor” İqor Korneti həbs edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, İqor Kornet hazırda Rusiya FTX-nin Rostov-na-Dondakı istintaq təcridxanasında saxlanılır.

"General mayor”un həbsi qondarma respublikanın “siyasi rəhbərliyi” və “güc strukturlarında” kəskin etirazla qarşılanıb. “LXR”ın başçısı Leonid Paseçnik onun sərbəst buraxılması istiqamətində fəaliyyət göstərir/Report.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri aprelin 19-da Luqansk separatçılarının silahlı dəstələrinin rəhbərlərindən biri, “Mişa Çeçen” ləqəbi ilə tanınan "polkovnik-leytenant" Mixail Kişşiki məhv edib. Bildirilib ki, o, Luqansk vilayətinin Kremennoy şəhəri yaxınlığındakı döyüşlərdə öldürülüb.

Reyting.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA