Pentaqon sözçüsü: "Ukraynanın iki həftə əvvəllə müqayisədə indi daha çox qırıcısı var"

img

20-04-2022 [10:20]


Ukrayna hava donanmasını artırmaq üçün digər ölkələrdən təyyarələri üçün platforma və ehtiyat hissələri alıb.

Mia.az "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlama verib.

O bildirib ki, dəstək sayəsində Ukraynanın bəzi təyyarələri yenidən işlək vəziyyətdə olacaq: "Hazırda bu ölkənin iki həftə əvvəllə müqayisədə daha çox fiksasiya olunmuş qanadlı qırıcı təyyarəsi var. Bu da təsadüfi deyil. Belə təyyarələrlə iş təcrübəsinə malik digər ölkələr hərəkətsiz təyyarələri qaldırıb-endirməkdə Ukraynaya kömək edə biliblər".

Lakin Pentaqonun spikeri söhbətin hansı ölkələr və təyyarələrdən getdiyini dəqiqləşdirməyib. O, oxşar sxemlə digər ölkələrin Kiyevə tank yardımı etdiklərini də diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA