MN Kəlbəcərlə bağlı məlumat yaydı - VİDEO

img

18-04-2022 [18:01]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

"Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin edilib.

Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA