Britaniya Ukraynaya yeni silahlar göndərir

img

17-04-2022 [09:12]


Britaniya hakimiyyəti Ukraynanı silah, o cümlədən zirehli texnika ilə təmin etməyə davam edəcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra yayılan bəyanatda deyilir.

Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək: “Boris Conson prezident Zelenskiyə Böyük Britaniyanın Rusiyaya qarşı keçən həftə qüvvəyə minmiş yeni sanksiyaları barədə məlumat verib və bildirib ki, Böyük Britaniya Ukraynaya müdafiə üçün lazım olan vasitələri, o cümlədən zirehli texnikanı yaxın günlərdə çatdırmağa davam edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA