Samir Nuriyev Qərargah üzvlərini topladı: iclasda nələr müzakirə edilib?
16-04-2022 [16:27]
Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı verilmiş tapşırıqları qeyd edərək, bu tapşırıqların növbəti bir il üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsasını təşkil edəcəyini diqqətə çatdırıb.
İclasın gündəliyində qarşıda duran qısa və uzunmüddətli hədəflərdən irəli gələn müxtəlif məsələlər yer alıb, bununla bağlı müvafiq məruzələr dinlənilib, həmçinin işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Daha sonra Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin martın 2-də keçirilən Şuşa müşavirəsindən irəli gələn məsələlər, o cümlədən şəhərsalma, yay mövsümünün yaxınlaşması ilə bağlı su təchizatı məsələləri, tarix və mədəniyyət abidələrinin bərpası və digər məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib. Bütün məsələlərin həllində hədəfyönümlü və sistemli fəaliyyətin, habelə qurumlararası, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndələri ilə əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.
İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, eləcə də işlərin artan miqyasına müvafiq şəkildə aparılması üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin də çevikliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir