Siyavuş Novruzov: "Keçmiş monqollar da bu cür işgəncələr etməyiblər"

img

15-04-2022 [11:26]


“Azərbaycanda çox geniş internet azadlığı var. Hətta bundan sui-istifadə də edirlər. ABŞ-da bu qədər internet azadlığı mövcuddurmu?”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Bildirilib ki, Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər: "Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qaradərililərə qarşı hansı zorakılıqlar edilir, görülür. Azərbaycandakı həbsxanalarda olan vəziyyətə irad bildirirlər. Əslində, özlərində olan Quantanamo həbsxanası işgəcəncə nümunəsidir. Keçmiş monqollar belə bu cür işgəncələr etməyiblər. Bu cür yanaşma ilə hər hansı bir ölkə haqqında məlumat verməzdən əvvəl özlərininki ilə müqayisə etsinlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA