Uklrayna MN döyüş bölgələrindəki son vəziyyəti açıqladı: "8 hücum dəf edilib..."

img

15-04-2022 [10:02]


“Rusiya Silahlı Qüvələri Ukraynanın yaşayış yerlərindəki infrastrukturlara raket-bomba zərbələri endirməkdə davam edir".

Mia.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Qərargahı yayıb.

Bildirilib ki, Belarus Silahlı Qüvvələrinin ayrı-ayrı taqımları Brest və Qomel vilaylətlərinin Ukrayna ilə sərhədinin bağlanması ilə bağlı tapşırıqları icra edirlər:

"Bu ərazilər Ukraynanın Volınsk və Poliske vilayətləri istiqamətində yerləşir.

Siver və Slobodan istiqamətində vəziyyətə dəyişməz olaraq qalır. Yujnobuq istiqamətində Rusiya Silahlı Qüvvələri mövqelərini qorumaq üçün istehkam texnikası, ehtiyat silah və hərbi texnika, sursat, yanacaq-sürtkü materialları gətirir. Donetsk və Tavriya istiqamətində düşmən Popasna və Rubijne yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərib. Onların cəhdləri uğursuz olub. Silahlı Qüvvələrimiz Donetsk və Luqansk vilayətlərində son sutkada rəqibin 8 hücumunu dəf edib, 4 tankını, 6 zirehli nəqliyyatını, 4 piyadaların döyüş maşınını, eləcə də bir artilleriya sistemini məhv edib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA