Rəsmi Vaşinqtondan mühüm mesaj: "Biz Cənubi Qafqaz regionu üçün demokratik və..."

img

15-04-2022 [09:12]


"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru inkişafına sadiq qalırıq”.

Mia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib.

O, bildirib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında, sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılması ilə bağlı görüşü alqışlayıb: "Dövlət katibinin (Entoni Blinkenin) bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA