Albaniyanın Baş naziri Bakıya gəlib

img

14-04-2022 [13:27]


Albaniya Respublikasının Baş naziri Edi Rama aprelin 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Mia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Edi Ramanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA