DÇ-2024: Azərbaycan millisinin potensial rəqibləri bəlli olub

img

14-04-2022 [17:56]


Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə təsnifat mərhələsi başa çatıb.

Məlumata görə, bununla da əsas seçmə mərhələyə vəsiqə qazanan 12 milli komanda bəlli olub.

Təsnifat mərhələsindən azad olan 24 komanda, o cümlədən Azərbaycan yığması mübarizəyə birbaşa əsas raunddan başlayacaq. Bu 36 iştirakçı hərəsində 3 komanda olmaqla 12 qrupa bölünəcək.

Püşkatma iyulun 6-da baş tutacaq. Əsas mərhələdə Azərbaycan millisinin potensial rəqibləri bəllidir. İspaniya, Rusiya, Portuqaliya, Xorvatiya, Serbiya, Qazaxıstan, İtaliya, Çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Almaniya, Monteneqro, Danimarka, Kipr, Ermənistan, Kosovo, Litva, İsrail, İsveç, Avstriya, Moldova, Yunanıstan əsas mərhələdə mübarizə aparacaq. Rusiya yığmasının iştirakı püşkə qədər baş verənlərdən asılıdırsa, Ermənistan millimizlə eyni qrupa düşə bilməz.

Qeyd edək ki, əsas mərhələ 2023-cü il martın 8-dək başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR