Bayden Zelenski ilə telefonla danışıb - Nələr müzakirə olunub?

img

13-04-2022 [22:29]


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefonla danışıb.

Mia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bir saatdan çox davam edən söhbətdə tərəflər ABŞ-ın Ukraynaya maliyyə və texnki yardımlarla yanaşı, Rusiyaya əlavə sanksiyalarə müzakirə ediblər.

Bundan əlavə, Beyden bildirib ki, ABŞ Ukraynaya zirehli texnikalar, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə 800 milyon dollarlıq hərbi yardım ayıracaq: "ABŞ Rusiyanın Ukraynanın şərqinə gözlənilən geniş hücumuna qarşı Ukraynanı lazımı texnikalarla təmin edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA