Putinin sözçüsü: "Hazırda Ukrayna ilə gərgin danışıqlar davam edir"

img

13-04-2022 [17:20]


"Ukrayna ilə danışıqlarda müsbət nəticə yoxdur".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, hazırda Ukrayna ilə gərgin danışıqlar davam edir: "Nəticə üçün müəyyən əsaslar olduqdan sonra bəyanatlar veriləcək. Hələlik isə elan edəcək nəsə yoxdur”.

Putinin sözçüsü Zelenskinin ötən gün həbs olunan rusiyapərəst müxalifətçi Viktor Medvedçukun ukraynalı əsirlərə dəyişdirilməsi təklifinə də də toxunub:  “O, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir. Biz ümumiyyətlə onun bunu istədiyib-istəmədiyini bilmirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA