Podolyak: "Ukrayna ilk növbədə döyüş qabiliyyətini sübut etməlidir"

img

13-04-2022 [16:47]


“Müharibəni dayandırmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar lazımdır”.

Mia.az Ukrayna mətbuatına  istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Ukrayna ilk növbədə döyüş qabiliyyətini sübut etməlidir: "Biz artıq bunu etmişik. Həm də Rusiyanı inandırmaq lazımdır ki, o, təkcə iqtisadi mənada deyil, həm də döyüş meydanında çox şey itərəcək. Beləliklə, danışıqlar masası arxasında mövqeyimizi müdafiə etmək daha asan olacaq. Çünki biz hücum edən yox, hücuma məruz qalan tərəfik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA